Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının və MAA Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Uğura gedən yolda 10 qızıl qayda" adlı təlim keçirilib. SİA-nın məlumatına görə, "Gənc Xəzər Mühəndisləri" İctimai Birliyinin layihələr üzrə direktoru Tofiq Sadıxovun rəhbərliyilə keçirilən təlimdə ali məktəblərin və kolleclərin tələbələri iştirak edib. Təlimçi T. Sadıxov deyib ki, bəzən insanlar yorulur, ruhdan düşür, bəzən bezir, bəzən qərar verə bilmir, bəzən dünyaya niyə gəldiyini, niyə yaşadığını, harda olduğunu və bu yolun onu hara apardığını fikirləşir. Bütün bu sualların cavabını tapa bilmədikdə isə, insanın fəaliyyəti sıfıra enir.
Onun sözlərinə görə, bunların hamısına səbəb ilk növbədə özünü yetərincə tanımamaq, özündən qorxmaq və kompleksli düşüncələrə sahib olmaqdır: "Məqsədi düzgün yerdə axtarmadığımızdan uğurlu olmağı da bacarmırıq. Bizə irəli deyil, məqsədə getmək lazımdır. Sonunda uğur olan məqsəd isə heç də həmişə irəlidə olmur, bəzən arxada, bəzən yanımızda, bəzən isə tam qarşımızda olur. Əsas odur ki, məqsədə gedən yolu düzgün tapaq və bu yolda uğurlu olaq".
Uğurun inam və iradə ilə sıx bağlı olduğunu deyən T.Sadıxov bildirib ki, insanlar məqsədlərinə yalnız inanaraq və iradə nümayiş etdirərək çata bilərlər.
Tədbir iştirakçılar arasında gedən diskusiya ilə davam edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB