Fazil Mustafa: "Jurnalistlərə ev veriləndə müəyyən məqamlar nəzərə alınmalıdır"

Fazil Mustafa: "Jurnalistlərə ev veriləndə müəyyən məqamlar nəzərə alınmalıdır"

Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı təklif edib ki, 28 may Respublika Günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Gəncədə toplantısı keçirilsin. SİA-nın məlumatına görə, deputat həm də dövlət müstəqilliyin lehinə səs verən deputatlara prezident təqaüdünün verilməsini təklif edib: "Onların həyatda qalanlarının sayı 30-dan çox deyil. Onlara prezident təqaüdü verilməsi nə problemdir ki?".

Deputat əlavə edib ki, jurnalistlərə ev verilməsi məsələsində kateqoriyaların bölgüsündə müəyyən məqamlara diqqət etmək lazımdır: "Bu gün kütləvi informasiya vasitələri arasında internet portalları və saytlar xüsusilə məhşurdur. Burada çalışan jurnalistlər çap mediasından fərqli şəkildə qəbul edilir. Məncə, bütün kateqoriyadan olan jurnalistlərə bölgünün ədalətli aparılması yalnız işə fayda verər".

"Həqiqətən də qərb universitetlərinin sayının çoxalmasına, bunun dövlət proqramına salınmasına ehtiyac var. Dövlət proqramının böyük əksəriyyətini qazanmaq çöx böyük çətinliklər bahasına olur. Ümid edirəm ki, bu dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə