Lerikdə Ümummilli liderin 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

Lerikdə Ümummilli liderin 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı YAP Lerik rayon təşiklatının təşkilatçılığı ilə Rəşid Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbinin akt zalında YAP fəalları və kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbir Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başlanıb.

Filmdən sonra məruzə edən Zabit Mirzəyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətləri, xalqın qəhrəman oğlunun həyat və fəaliyyəti ətraflı qeyd olunub. Bildirilib ki, ötən əsrin 90-cı illərində keçmiş ittifaqda və eləcə də Azərbaycanda baş verən siyasi proseslər nəticəsində xalqımız ikinci dəfə müstəqilliyini bərpa edib. Lakin AXS-Musavat hakimiyyətinin səriştəsizliyindən Azərbaycan xalqı müstəqilliyini itirmə həddinə çatmışdı. Həmişə çətin anlarda müdrik qərarlar verən Azərbaycan xalqı bu ağır vəziyyətdən də çıxış yolunu xalqın xilaskar oğlu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə görüb. Bu da müstəqilliyimiz tarixində xalqımızın atdığı ən doğru addımlardan biri olub.

Tədbirdə YAP Rayon təşkilatının sədri Elxan Qənbərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyyətindən, dövlətçiliyimizin tarixində müstəsna rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasından və inkişafından, şura üzvü Balaşirin Nəsirov partiyanın gələcək fəaliyyət planlarından və bu istiqamətdə partiyanın rayon təşkilatının fəallarının üzərinə düşən vəzifələrinin layiqincə yerinə yetirilməsinin vacibliyindən, RİH başçısının birinci müavini, YAP rayon təşkilatı sədrinin müavini Cəlil Baxşıyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının Azərbaycanın sosial- iqtisadi inkişafındakı uğurlarından, dövlət başçımızın rayonumuza olan diqqəti və qayğısından, eləcədə rayonumuzda görüləcək tikinti quruculuq işlərindən ətraflı məlumat veriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə