ABŞ və Avropada Twitter istifadəçiləri sosial şəbəkələrdə ünsiyyət qurmaq üçün fərdi kompüterlərin əvəzinə daha çox mobil qurğulardan istifadə edirlər.
Strategy Analytics şirkətinin 2012-ci ilin sonuna olan hesabatına əsasən, Twitter mikrobloqlar xidmətində ünsiyyət qurmaq üçün fərdi kompüterdən istifadə edən istifadəçilərin sayı 77-dən 64%-dək azalıb. Twitterdə ünsiyyət üçün mobil telefonlardan istifadə edən istifadəçilərin sayı isə 53-dən 64%-dək artıb. Xidmətə planşetdən daxil olanların sayı isə 9-dan 18%-dək artıb.
ABŞ və Avropanın 6500 vətəndaşı arasında aparılıb. Başqa sözlə, ötən il Twitterdə ünsiyyət qurmaq üçün fərdi kompüterlərlə müqayisədə daha çox mobil qurğulardan istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB