Bakıda sərnişin avtobusunda cibgirlik edərkən yaxalandilar.
Bakıda cibgirlər tutuldu

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinərək yaxalananlar - Ramil Məmmədovdan 1 qramdan artıq heroin, əvvəllər məhkum olunmuşlar Abdulla Abdullayevdən 28 qramdan artıq və İsmayıl Hüseynovdan 33 qramdan artıq həşiş aşkar edilib.

Müəyyən edilib ki, onlar aprelin 5-də 85 saylı xətt avtobusunda Mehdi Məmmədovun cibindən 120 manat və bankomat kartı oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə