Gəncədə MTN-nin 94-illiyi qeyd olunur

Gəncə şəhərində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yaranmasının 94-illiyi qeyd olunur. SİA-nın Qərb bürosunun xəbərinə görə, tədbirdə Ulu Öndən Heydər Əliyevin abidəsi, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri olmuş Şeyxzamanlı qardaşlarının xatirə lövhəsi ziyarət olunub. Ardından geniş dləyirmi masa keçirilib. Bildirilib ki, bu gün ölkəmizin suverenliyinin qorunması istiqamətində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının xüsusi xidmətləri var. Teror-təxribat fəaliyyətlərinin, narkotik vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması və digər cinayətlərin üzə çıxarılmasında məhz bu qurumunun əməkdaşlarının xidmətləri danılmazdır. Tədbirin sonunda MTN-də çalışan hazırda isə təqaüddə olan bir qrup veterana müxtəlif hədiyələr verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə