Ötən gecə Saatlı rayonunun Musalı kəndində yerləşən el qəbirstanlığında naməlum şəxslər tərəfindən 80 məzarın daşları sındırılaraq dağıdılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, məzarlığın gözətçiləri səhər saatlarında qəbirstanlığa gələndə dəhşətli mənzərənin şahidi olublar.
Hadisə yerinə Saatlı rayonunun hüquq mühavizə orqanlarının əməkdaşları gələrək ilkin araşdırmaya başlayıblar. Kənd sakinlərinin ciddi narazılıqlarına səbəb olan hadisəni törədən şəxslərin tapılması üçün zəruri tədbirlər həyata keçirilir. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hadisə yerinə gələrək kənd sakinləri ilə görüşüb və hadisəni törədən şəxslərin tezliklə tapılaraq ciddi cəzalanacağını, məsuliyyətə cəlb ediləcəyini bildirib. "Sizin dünyadan köçən yaxınlarınız bizim yaxınlarımızdır" deyən icra başçısı sakinlərə təsəlli verib.
Məlumat üçün bildiririk ki, hadisə yeri hüquq mühafizə orqanları tərəfindən müayinə olunur və ekspertiza üçün nümunələr götürülür. Baş verən hadisə barədə əlavə məlumat verəcəyik.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB