Roland Kobia: "Hər gün 5 qadından biri zorakılıqla qarşılaşır”

Roland Kobia: "Hər gün 5 qadından biri zorakılıqla qarşılaşır”

"Zorakılıq bütün dünya ölkələrində yaşayan qadınlara mənfi təsir edir. Dünyada 70% faiz qadın fiziki zorakılığa məruz qalır". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia "Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimatında çıxışı zamanı deyib. O bildirib ki, ailə-məişət zorakılığı qurbanlarından hər 10-dan 9-u qadındır.

Kobianın sözlərinə görə, Azərbaycanın da üzv olduğu Avropa Şurasına üzv ölkələrdə qadınların 45%-i həyatı boyu bir dəfə də olsa zorakılıqdan əziyyət çəkir: "Hər gün 5 qadından biri zorakılığın qurbanı olur. Bu halların səbəbkarı çox zaman kişi, qurban isə sevdiyi və sevilən şəxs olur. Zorakılıq halları rəzalət və kişilərə yaraşmayan bir hərəkətdir. Bu problem ailəyə, xüsusilə uşaqlara mənfi təsir göstərir. Aİ ölkələrində məişət zorakılığı ciddi və ağır cinayətlərdən biri hesab olunur. Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür. Avropa İttifaqı da ölkədə icra olunan bütün işlərə dəstək verir və bundan sonra da dəstək verməkdə davam edəcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə