Hicran Hüseynova: "Məişət zorakılığı hallarının sayı azalıb"

Hicran Hüseynova: "Məişət zorakılığı hallarının sayı azalıb"

"Son dövrlər Azərbaycanda məişət zorakılığı hallarının sayı artmır. Bunun səbəbi əhalinin özünün daha çox bu problemlərlə bağlı məsələləri araşdırması və buna adekvat reaksiya verməsidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, əvvəllər əgər belə hallar olurdusa, bunlar qapalı şəkildə ailədə qalır və üzə çıxarılmırdı.

Onun sözlərinə görə, indi elə imkanlar yaranıb ki, müraciət edən hər bir vətəndaşa vaxtında və tez bir zamanda köməklik edilir: "Profilaktik işlər görərək onların qarşısını vaxtında almaq olur. Son zamanlar məişət zorakılığına əsas yaradan erkən nigahların qarşısının alınması da bu halların sayının azalmasına şərait yaradıb. Artıq dövlət tərəfindən erkən nigahların qarşısı alınır və ailələrə dəstək verilir ki, onlar öz talelərini istədikləri kimi qura bilsinlər".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə