"Azərbaycan birmənalı olaraq, Xocalı aeroportu ilə bağlı mövqeyindən geri çəkilməyəcək". SİA-nın xəbərinə görə, bunu bu gün Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.
"Biz dəfələrlə bəyanat vermişik ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının Çikaqo sazişinə əsasən, həmçinin Azərbaycanın "Mülki aviasiya haqqında" qanununun tələblərinin icrası ilə əlaqədar Azərbaycan ərazisindən qanunsuz uçuşların qarşısı alınır", - o qeyd edib. Azərbaycanın icazəsi olmadan ölkənin hava məkanından uçan istənilən xarici dövlətin təyyarəsi Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulacaq. Bu birmənalı qərardır və biz bunu dəfələrlə elan etmişik" - deyə, vitse-spiker qeyd edib.
Z.Əsgərov bildirib ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir: "Yəni bu gün Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından keçərək uçuşlar həyata keçirirlər. Eyni zamanda, həmin uçuşları Azərbaycanın mülki aviasiyası da həyata keçirir. Bu beynəlxalq qanunlar və konvensiyalarla tənzimlənən prosedurdur. Yenə də deyirəm ki, burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir. Bunları bir-birindən ayırmaq lazımdır. Ora uçuşlar yalnız bir halda baş verə bilər. Buna da Azərbaycan icazə verməlidir. Azərbaycan isə bu məsələyə işğal altında olan ərazilər azad olunduqdan sonra baxa bilər".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB