"Məişət zorakılığı halları artıb. Bu o deməkdir ki, artıq qadın dözmür və şikayət edir". SİA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında belə deyib.
O bildirib ki, cari ildə Komitəyə 2 mindən artıq müraciət daxil olub. Bu müraciətlər bir çox problemləri əhatə edir: "Müraciətlərin bir hissəsi sosial problemlər, iş yerlərinin olmaması ilə bağlıdır".
Komitə sədri qeyd edib ki, məişət zorakılıq halları ilə bağlı komitəyə müraciət edilir: "Ölkədə məişət zorakılığı halları artıb. Amma əvvəllər bu qapalı formada idi. Hamı fikriləşirdi ki, ayıbdır, heç kim bilməsin. Əslində bir adam belə bir zorakılığa məruz qalırsa, mütləq müdafiə olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB