Ulu öndər bölgələrində də anılıb

Ulu öndər bölgələrində də anılıb

Azərbaycanın hər yerində olduğu kimi Tərtərdə də Ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü dahi şəxsiyyətə layiq xatirə tədbirləri ilə anılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ictimaiyyət nümayəndələri ilə yanaşı rayon rəhbərliyinin də qatıldığı anım mərasimində ilk olaraq rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov şəhərin mərkəzində ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub.

3 min nəfərdən çox şəhər əhalisi Ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib. Ulu öndəri müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər Heydər Əliyevin Azərbycanın müstəqillik tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildiriblər.

Qeyd edək ki, şəhərin mərkəzində quraşdırılan böyük monitorlar vasitəsi ilə dahi şəxsiyyət Heydər Əliyev haqqında filmlər nümayiş olunub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə