Bu gün Respublika Baytarlıq Laboratoriyası tərəfindən satışı qadağan olunan dərman preparatlarının zərərsizləşdirilməsi tədbiri həyata keçirilib. SİA-nın xəbərinə görə, DBX-nin böyük məsləhətçisi Mustafa Allahverənov qeyd edib ki, bu dərmanlar krematoriya və avtoklavında dövlət qeydiyyatından keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz, üzərində etiket göstəriciləri qeyd olunmayan, istifadəyə yararlılıq müddəti bitən, satışı qadağan olunan, özləri tərəfindən qablaşdırılaraq satışa çıxarılan dərmanlardır. Tədbirdən öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri il ərzində Ədliyyə Nazirliyinin Dövlət Reyestri Xidməti ilə razılaşdırılaraq çıxarış əsasında ölkədə fəaliyyət göstərən baytarlıq apteklərində reyd keçiriblər.
Onun sözlərinə görə, reydlər zamanı məlum olub ki, Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq əczaçılığı ilə məşğul olan obyektlərə nəzarət gücləndirilsə də, hələ apteklərdə qeyri-qanuni dərman preparatlarının satışına təsadüf olunur.
"Apteklərdən götürülən 150-200 kiloqram həcmdə 60 adda baytarlıqda tətbiq edilən mənşəyi məlum olmayan, saxta, vaxtı keçmiş və keyfiyyəti şübhə doğuran, üzərində etiket göstəriciləri qeyd olunmayan, preparatlar satışdan çıxarılaraq zərərsizləşdirilmək üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil verilib. Reyd zamanı baytarlıq apteklərində satışından çıxarılan və hazırda zərərsizləşdirilməsi aparılan dərman preparatları əsasən Rusiya, İran, Çin, qismən isə Türkiyə, Polşa, Hollandiya, Avstriya, İordaniya və digər ölkələrdə istehsal edilmiş dərman preparatlarıdır. Burada məhv edilən dərmanlar bütün növ heyvanlar üçün nəzərdə tutulub" - deyə, DBX rəsmisi qeyd edib.
DBX-nın böyük məsləhətçisi Mustafa Allahverənov vurğulayıb ki, əvvəlki illərlə müqayisədə qanunsuz satışı aparılan dərman preparatlarının sayı xeyli miqdarda azalıb. Onun sözlərinə görə, bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB