Gənclərə sevincli ipoteka xəbəri!

Gənclərə sevincli ipoteka xəbəri!

"Gənclər və İdman Nazirliyi tərəfindən sosial ipoteka ilə bağlı təkliflər paketi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Müəyyən razılaşmalar, düzəlişlər edildikdən sonra gənclərə sosial ipotekaların verilməsi bu və ya digər şəkildə tətbiq olunacaq". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, hazırlanan təkliflərdə sosial ipoteka kreditlərinin şərtlərinin dəyişdirilməsi və faiz dərəcələrinin aşağı salınması öz əksini tapıb. İntiqam Babayev gənclərin gələn ildən sadələşdirilmiş ipoteka kreditlərini ala biləcəklərinə inandığını deyib. O, qeyd edib ki, əsas təkliflərdə veriləcək ipoteka kreditlərinin təkcə gənc ailələrə deyil, subay gənclərə də verilməsi nəzərdə tutulub. O,eyni zamanda, təkliflərdə kateqoriyaların sayının da genişləndirildiyini bildirib: "Artıq ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər daha geniş gənclər kütləsini əhatə edəcək. Əvvəlki təkliflərdə sosial ipotekanın dövlət qulluqçuları, hərbçilər, elmi dərəcəsi və ya adı olan insanlara verilməsi nəzərdə tutulurdusa, yeni təkliflərdə dərəcəsi olmayan, lakin elmi fəaliyyətlə məşğul olan gənclərə də ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur. Ola bilər ki, gəncin elmi dərəcəsi olmasın, amma digər elmi tədqiqat işləri ilə məşğul olsun. Bu da onun fəaliyyətini stimullaşdırmaq üçün əlavə imkan verəcək. Eyni zamanda, fəxri adlara layiq görülən gənclərə də ipotekaların verilməsi, mənzillərin verilmə qaydalarının yüngülləşdirilməsi təklif olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə