“WeBlog–5” bloq təlimlərinə start verib

“WeBlog–5” bloq təlimlərinə start verib

"İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi "WeBlog–5" bloq təlimlərinə start verib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, "WeBlog–5" layihəsinin keçirilməsində məqsəd gənclərə bloq barədə ilkin anlayışların öyrədilməsi, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçular arasında şəbəkənin qurulmasından ibarətdir.

Qeyd edək ki, "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010–cu il tarixindən start verdiyi və indiyə qədər davam edən "WeBlog" layihəsi çərçivəsində 150 nəfərdən çox gənc iştirak edib və öz bloqlarını yaradıblar. Təlimin sonunda iştirakçılara diplomlar təqdim olunub.

Xatırladaq ki, Azərbaycanda ilk bloq təlimləri də 2007–ci ildə "İRƏLİ" İT Departamenti tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə