Daha bir addım atıldı

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yolunda daha bir addım atıldı. Beyləqan rayonu Dünyamalılar kəndində şəhidlərin xatirəsinin anılması və yeni tikilmiş abidənin açılışı ilə bağlı tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, Qarabağ müharibəsi zamanı Dünyamalılar kəndindən 500 nəfərə yaxın gənc döyüşlərdə iştirak edib. Bunlardan da 19 nəfəri şəhid olub.

Daha sonra mərasim iştirakçıları məktəblilərin ifasında bədii kompozisiya izləyiblər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə