“Akkord” ehtiyacı olan ailələri ziyarət etdi

“Akkord” ehtiyacı olan ailələri ziyarət etdi

"Akkord" Qurban Bayramında ehtiyacı olan ailələri ziyarət etdi

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbərliyinin təşəbbüsü ilə müqəddəs Qurban Bayramı münasibətilə geniş xeyriyyə tədbiri keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonundakı Saray qəsəbəsi, 7 saylı uşaq internat evində yaşayan uşaqlar ziyarət edilib. Korporasiya nümayəndələri buradakı 140 nəfər əqli cəhətdən qüsurlu və əlil uşaqlar, həmçinin əlil ailələri üçün gətirdikləri bayram sovqatını, uşaqların ehtiyacı olan çoxçeşidli məişət və gigiyena vasitələrini onlara təqdim ediblər. Müxtəlif əlamətdar günlərdə müəssisəni mütəmadi surətdə ziyarət edən "Akkord" nümayəndələrini burada böyük sevinclə qarşılayıblar. İnternat evinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə, korporasiya rəhbərliyinə və nümayəndələrinə təşəkkür edib.

Sonra korporasiya nümayəndələri hər ilki ənənələrinə sadiq qalaraq Qızılqum qəsəbəsində yerləşən Xocalı, Şuşa, Kəlbəcər və Ağdam qaçqınlarının məskunlaşdığı sanatoriyada olublar. Orada məsunlaşan ailələrə bayram sovqatları paylanıb.

Daha sonra korporasiyaya yardım üçün müraciət edən 4 nəfər ayrı-ayrı şəxsə bayram sovqatı və 400 AZN, həmçinin "Akkord" Korporasiyasının Bakı, Abşeron yarımadası və regionlarda yerləşən bütün müəssisələrinin əməkdaşlarına bayram sovqatı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə