Azərbaycan tarixinə dair Gürcüstan arxivlərində saxlanılan sənədlər ölkəmizə gətiriləcək. SİA-nın xəbərinə görə, AMEA A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Gürcüstan arxivlərində saxlanılan Azərbaycan tarixinə aid sənədlərin Azərbaycana gətirilməsi ilə bağlı birgə fəaliyyətə başlayıblar.
Bu məqsədlə AMEA Tarix İnstitutunda və Xarici İşlər Nazirliyində birgə işçi qrupu yaradılıb. Tarix İnstitutu və Xarici İşlər Nazirliyi işçi qrupu heyətinin təsdiq olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB