Mingəçevirdə ekotur

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin bir qrup üzvü Mingəçevir şəhərində ekotur təşkil edib. SİA-nın xəbərinə görə, mütəmadi olaraq təşkil edilən ekoturun əsas məqsədi yeniyetmə və gənclərin ətraf mühitə olan marağını artırmaq, ölkənin turizm potensialını öyrənmək və ekoloji təşəbbüsləri inkişaf etdirməkdir. Ekotur zamanı gənclər Mingəçevir şəhərinin kənarındakı yüksəkliyə qalxaraq, ətrafla bir qədər tanışlıqdan sonra Kür çayının ətrafında və 4-cü buxta adlanan ərazidə geniş ekoloji aksiya təşkil ediblər.

Qeyd edək ki, silsilə olaraq təşkil olunacaq ekoturlar çərçivəsində toplanacaq materiallar və tullantılar əsasında "Təbiətdən mədəniyyətə" adlı sərgi təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə