Gəncə şəhər Baş Polis İdarəsi uzun illər axtarışda olan şəxsi həbs edib. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 13 ildən sonra dövlət əmlakını talamaqda şübhəli bilinən 1958-ci il təvəllüdlü Şamaxı rayon sakini hazırda isə Gəncə şəhər Nəriman Nərimanov küçəsi mənzil 4-də qeydiyyatda olan Rəsulov Acazadə Qulu oğlu həbs olunub. O, 1997-ci ildə Şəmkir Neft Bazasının sabiq rəhbər işçiləri ilə əlbir olub dövlət əmlakını talamaqda təqsirli bilinir. 1999-cü ildən isə beynəlxalq axtarışda olub. Ötən gün adı çəkilən şəxs tutularaq Bakı şəhərindən Gəncəyə gətirilib.
Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB