Azərbaycan Tələbələr Birliyi (ATB) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Tələbələr liderlik yolunda" layihəsi çərçivəsində fəaliyyətlərinə davam edir. Xatırladaq ki, qeyd edilən layihənin əsas məqsədi günümüzün tələbələri arasında gələcəyin liderlərinin yetişdirilməsinə kömək etməkdir. SİA-nın məlumatına görə, bu məqsədlə layihə çərçivəsində Mingəçevir, Ağcabədi, Lənkəran şəhərlərində yerləşən təhsil müəssisələrində tələbələr üçün müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.
Layihə çərçivəsində növbəti tədbir Mingəçevir Turizm Kollecində təşkil edilib. ATB-nin baş katibi Fəxrəddin Həsənzadə tərəfindən keçirilən təlimdə ilk öncəliklə layihə və Birliyin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Daha sonra liderlik, natiqlik qabiliyyəti, idarəetmə və s. Ilə bağlı məlumat verən Fəxrəddin Həsənzadə tələbələrin suallarını da cavablandırmışdır. Təlim qarşılıqlı müzakirələr əsasında davam edib. Sonda tələbələr bu cür tədbirləri öz təhsil aldıqları təhsil müəssisələrində daha tez-tez görmək istədiklərini vurğulayıblar.
Layihə çərçivəsində növbəti təlimin Ağcabədidə yerləşən orta –ixtisas təhsil müəssisələrində edilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB