Bakalavrlar Azərbaycan dilində yaza bilmir

Bakalavrlar Azərbaycan dilində yaza bilmir

"Ötən il ali təhsil müəssisələrini bitirənlərin dil bilikləri, xüsusilə də Azərbaycan dilində yazmaq qabiliyyəti çox aşağı idi". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu səbəbdən son bir ildə dövlət qulluğunda vəzifə tutmaq üçün keçirilən test imtahanlarında namizədlərin Azərbaycan dili üzrə biliklərini müəyyənləşdirmək üçün suallar daxil edilir.

Eyni zamanda B.Xəlilov bildirib ki, dövlət qulluğunda vəzifə tutan hər bir şəxsin dil biliklərinə görə işdən azad edilməsinə fərdi qaydada yanaşmaq lazımdır: "Onların dövlət qulluğuna xitam verilməsi qanunvericiliyə uyğun olmalıdır".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə