"Bu ölkə mənə xoş təəssürat bağışladı"

"Bu ölkə mənə xoş təəssürat bağışladı"

"Azərbaycana ilk dəfə səfər etsəm də, bu ölkə mənə xoş təəssürat bağışladı". SİA-nın xəbərinə görə, bunu rusiyalı yazıçı Vladimir Voynoviç deyib. O bildirib ki, Bakıda olduğu müddətdə Azərbaycanın bir sıra yerlərinə baş çəkəcək və tarixi abidələrlə tanış olacaq.

Qonaq Azərbaycanın müasir incəsənət muzeyinə getməyi nəzərdə tutub: "İlk baxışda deyə bilərəm ki, Azərbaycan şərqlə qərbi özündə əks etdirən müasir ölkədir. Bakıda keçirilən forum gələcək əlaqələrə də öz müsbət təsirini göstərəcək: "Gördüklərimə əsasən deyə bilərəm ki, Azərbaycanda hər şey yüksək səviyyədə təşkil olunub".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə