Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ukraynada "BMT-nin gənclər modeli" mövzusunda keçiriləcək beynəlxalq forumuda iştirak edəcək. SİA-nım xəbərinə görə, forum sentyabr ayının 26-28 tarixlərində Ukrayna Ali Radasının, Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü və BMT-nin Ukrayna nümayəndəliyinin dəstəyi ilə baş tutacaq.
Dünyanın 15 ölkəsindən 150-ə yaxın gənclər təşkilatları nümayəndələrinin qatılacağı forumda Ukrayna Ali Radasının üzvləri və Ali Radanın bir neçə komitəsinin sədrləri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB