Maraqlı məlumat əldə etmişik. "Eurivision 2012" mahnı müsabiqəsində olduğu kimi müxalifət bu dəfə də Cennifer Lopezin Bakıda olmasından istifadə edib xanım müğənnini siyasi məqsədləri üçün istifadə etməyə çalışıb. Belə ki, Müsavat Gənclər Təşkilatının növbədənkənar yığıncağında təşkilatın sədr müavini Nigar Yaqublunun həbsi ilə bağlı dünya şöhrətli müğəniyə müraciət ünvanlanıb. Amma Təşkilat N.Yaqublunun törətdiyi hansı cinayətə görə həbs edildiyi haqda bir kəlmə də yazmayıb.
Məlumatda deyilir ki, həmin müraciətlə bağlı Cennifer Lopez rəsmi açıqlama verib. O bildirib ki, siyasətə heç vaxt qarışmayıb. Ona adının siyasi partiyaların işində hallanmasında isə qəti şəkildə maraqlı deyil. Bir sözlə Lopez müxalifət təşkilatına Azərbaycanda son vaxtlar populyar olan bir cümləni təkrarlayıb: "Davay, do svidaniya"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB