Araz Əzimovdan sərt açıqlama

"Kimsə bəhanə axtarırdı, indi isə "Ramil Səfərov məsələsi"ndən bəhanə tapıblar. Məsələ bundadır ki, Ramil Səfərov azadlığa buraxılmazdan əvvəl məgər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa inkişaf olmuşdu? Məgər ermənilər ümid etmək üçün bizə hansısa imkan yaratmışdılarmı? Bəlkə də həmsədrlər bu vəziyyətdən sui-istifadə edirlər. Çünki həm Ermənistan, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri "Ramil Səfərov məsələsi"ni çox mənfi qəbul ediblər və belə bir ifadə işlədiblər ki, bu məsələdən sonra münaqişənin sülh yolu ilə nizamlanması prosesi çətinləşəcək". SİA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında azərbaycanlı zabit Ramil Səfərovun təhvil verilməsi və əfv olunmasından sonra göstərilən münasibəti şərh edərkən deyib.

A.Əzimov onların bu fikirlərinə konkret cavab verərək bildirib ki, bu prosesdə "Ramil Səfərov məsələsi"ndən öncə də heç bir inkişaf olmayıb və ermənilər həmişə danışıqlar prosesində mənfi mövqedə olublar. Onun sözlərinə görə, həmsədrlər isə yalnız vaxt qazanaraq ora-bura gedib-gəliblər, amma, ciddi iş aparmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə