“Məni günəşə apar”

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə Küveytin tanınmış şairəsi, nüfuzlu alim və ictimai xadim xanım Şeyxə Suad Məhəmməd Əl-Sabahın "Məni günəşə apar" adlı şerlər kitabı Azərbaycan Dövlət Nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, indiyədək Şeyxə Suad Əl-Sabahın şerləri ümumilikdə 15 dilə tərcümə olunmuş, dünyanın 20-dən artıq ölkəsində kitab şəklində işıq üzü görüb. Qeyd etmək lazımdır ki, "Məni günəşə apar" küveytli ədiblərin əsərlərindən Azərbaycanda dərc edilmiş ilk kitabdır. Kitab Azərbaycan dilinə tanınmış şairə Bəsti Əlibəyli tərəfindən tərcümə olunub.

Qeyd edək ki, Şeyxə Suad Məhəmməd Əl-Sabah iqtisadiyyat və siyasi elmlər doktorudur, bir çox beynəlxalq elmi, mədəni, təhsil cəmiyyətlərinin sədri, yaxud üzvüdür. Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, Şeyx Məhəmməd Əl-Sabahın böyük qızı, Küveytin VI Əmiri Şeyx Məhəmməd Sabah Əl-Sabahın nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə