Xalqımız haqsızlığa cavab verir

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən "Azərbaycan Xalqının Soyqırım Qurbanları" fotosərgisi layihəsinin icrası ilə əlaqədar konfrans keçirilib. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi, erməni şovinistlərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım siyasətinin iyrənc mahiyyətini bütün dünyaya yaymaq, regional və beynəlxalq miqyasda Azərbaycan xalqının soyqırımı ilə əlaqədar maarifləndirmə işinin təşkili, ölkə daxilində bu istiqamətdə fəaliyyətləri gücləndirməkdir.

Konfransda çıxış edən, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı ayrı-ayrı regionlarda Sumqayıt, Xaçmaz, Cəlilabad, Astara, Bərdə, Mingəçevir, Gəncə, Daşkəsən, Qəbələ, Qax, İsmayıllı, və Şəki rayonlarında keçirilən "Azərbaycan Xalqının Soyqırım Qurbanları" fotosərgisi haqqında ətraflı məlumat verərək qeyd edib ki, 19-20-ci əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda, genişmiqyaslı soyqırım cinayətləri törədiblər: "Erməni diasporasının beynəlxalq aləmdə apardığı yalan təbliğat bir sıra dövlətlərin qondarma erməni soyqırımını tanıması, çox hallarda isə bəzi dövlətlərin və tanınmış qeyri-hökumət təşkilatlarının ermənilərə müxtəlif təyinatlı yardım və dəstək göstərmələri ilə nəticələnir. Belə bir vəziyyətdə erməni şovinistlərinin və onların havadarlarının keçirdiyi siyasətdən əziyyət çəkən azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə tötətdiyi soyqırımların qurbanlarına həsr olunacaq muzeyin yaradılması bu problemin aradan qaldırılmasına, Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində atılacaq mühüm addım olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə