SAM Parisdə "Azərbaycan Enerji Neksusu" adlı qapalı ekspert görüşündə iştirak edib
Ötən həftə Parisdə Neksus Forum tərəfindən təşkil olunmuş "Azərbaycan Neksusu" adlı qapalı ekspert görüşü keçirilib. Görüş Strateji Araşdırmalar Mərkəzinin akademik və SOCAR-ın maliyyə dəstəyi ilə həyata keçirilib. SAM-dan SİA-ya verilən məlumata görə, görüşdə Avropa Komissiyasının qaz şöbəsinin direktoru Jan-Arnold Vinua, Total şirkətinin Avropa və Mərkəzi Asiya üzrə birinci vitse-prezidenti Maykl Borrell, Fransanın Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktor müavini Frank Delaus, Beynəlxalq Enerji Agentliyinin Xəzər və Qara Dəniz üzrə eksperti Mark-Entoni Eyl-Mazzega, GDF Suez şirkətinin Xəzər Dəniz və İran üzrə vitse-prezidenti Filip Hoçart, Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri səfir Roland Kobiya, Total şirkətinin Azərbaycan və Türkmənistan üzrə vitse-prezidenti Natali Komatiç, GDF Suez şirkətinin Azərbaycan və Qazaxıstan üzrə ölkə rəhbəri Heike Liebold, Fransanın Maliyyə Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Luiza Kvesnel, Fransanın Xarici İşlər Nazirliyinin Rusiya və Kontinental Avropa şöbəsinin direktoru Erik Forniğ və s. iştirak ediblər.
Azərbaycan tərəfini Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayeva, SOCAR-ın İnvestisiyalar üzrə əlaqələr şöbəsinin rəhbəri Pərviz Babayev, SOCAR-ın Belçika nümayəndəliyinin rəhbəri Vüsal Məmmədov və Azərbaycanın Fransadakı səfirliyinin İqtisadiyyat və enerji məsələləri şöbəsinin rəhbəri Elmar Məmmədov təmsil ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Rzayeva Azərbaycan qazının Avropa bazarına daxil olduqdan sonra bazarlarda mövcud olan vəziyyəti təhlil edərək, ayrı-ayrı bazarlarda, Cənub Dəhliz və Cənub Axın layihələrinin gerçəkləşdirildikdə SOCAR və Qazprom şirkətlərinin mövqeyini təhlil edib. O, qeyd edib ki, hər iki layihənin güclü və zəif tərəfləri var və bu üzdən onlar rəqib deyil, əksinə bir birini tamamlayan layihədirlər.
Məlumat üçün bildirək ki, tədbirin davamlı olacağı və növbəti görüşü gələn il Vyanada keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB