"Son günlər Məhəmməd Peyğəmbərə həsr olunan filmin çəkilməsi bütün müsəlman dünyasında etirazlara səbəb olub. Təbii ki, istər yerli vətəndaşlar, istərsə burada yaşayan müsəlman ölkələrinin nümayəndələri bu filmin çəkilməsini və internetdə təqdim edilməsini qəti pisləyir". Bunu SİA-ya açıqlamasında Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov deyib. O bildirib ki, lakin Birləşmiş Ərəb Əmirliyində hər hansı bir aksiyaların keçirilməsinə və ya problemli məsələlərin kütləvi şəkildə müzakirə edilməsinə imkan verilmir.
Belə bir filmin çəkilişinin müsəlman xristian qarşıdurmasına gətirib çıxarmasına gəlincə, S.İmanov qeyd edib ki, min il öncə olduğu kimi qarşıdurma heç zaman dayanmayıb. Onun sözlərinə görə, insanlar indi daha sivil, ziyalı, təhsilli olduqları üçün bunu açıq büruzə vermirlər.
"Qarabağ probleminin həll edilməməsinin subyektiv səbəblərindən biri də məhz bu məsələdir. Biz bu məsələlərdən nəticə çıxarmalı, dostlarımızla daha düzgün siyasət aparmalıyıq. Eyni zamanda, həqiqətən tolerant xalq olmağımızdan istifadə edərək xristian dünyasının da bizə qarşı ədalətli mövqe ortaya qoymasına nail olmalıyıq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB