"20 Yanvar-Dərnəgül"ün fəaliyyəti bərpa olundu

"20 Yanvar-Dərnəgül"ün fəaliyyəti bərpa olundu

Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, 2012-ci il sentyabrın 6-sı saat 22:00-da Bakı Metropoliteninin müvəqqəti bağlanmış "20 Yanvar-Dərnəgül" sahəsinin fəaliyyəti sentyabrın 10-u saat 06:00-da yenidən bərpa olunub. Stansiyalar adi iş rejimində fəaliyyət göstərir, "Həzi Aslanov-Dərnəgül" istiqamətində və əksinə olmaqla, qatraların hərəkəti təmin edilərək, sərnişinlərin gündəlik hərəkət qrafiki ilə daşınmasına başlanılıb.

Məlumat üçün bildirək ki, Bənövşəyi xəttin tunellərinin "Memar Əcəmi-2" stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. Bənövşəyi xəttin "Avtovağzal" stansiyasından "Memar Əcəmi-2" stansiyasına qədər uzunluğu 2 min metr olan tunellərin inşası başa çatdırılıb və ikinci tunelqazma kompleksi də Ceyhun Səlimov küçəsində yerləşən "B-3"e stansiyasına istiqamət alıb.

Qeyd edək ki, həmin tunelin uzunluğu 1300 metrdir.

Bakı Metropoliteninin rəhbərliyi yaranmış vəziyyəti anlaşıqla qarşıladığı üçün sərnişinlərə təşəkkürünü bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə