Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

1914 - Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Cəfərov (1914-1973) anadan olub.

1991 - Erməni təxribatçı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı növbəti terror aktları həyata keçiriblər. Hadrut (Xocavənd) rayonunun Tuğ kəndinə silahlı basqın nəticəsində kəndin 2 sakini öldürülüb. Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.

2000 - Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti"ndə iştirak edən prezident Heydər Əliyev Baş Assambleyanın təntənəli iclasında çıxış edib. Beynəlxalq birliyin Ermənistanın təcavüzünə seyrçi qaldığını vurğulayan Azərbaycan rəhbəri bu faktın işğalçılığı təşviq etdiyini bildirib. Həmin gün BMT-nin binasında GÖUAM dövlət başçılarının - Gürcüstan (E.Şevardnadze), Özbəkistan (İ.Kərimov), Ukrayna (L.Kuçma), Azərbaycan (H.Əliyev) və Moldova (P.Luçinski) prezidentlərinin sammiti keçirilib.

2006 - BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub. "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" adlı qətnamədə ermənilərin işğal edilmiş torpaqlarda yanğınlar törətməsinə diqqət çəkilirdi. Qətnamədə münaqişə zonasında monitorinqin həyata keçirilməsi əksini tapsa da, bu, gerşəkləşmədi.

Bütün xəbərlər Facebook səhifəmizdə