“İmişli REŞ” gücünü artırır

Bütün enerji obyektlərində olduğu kimi "İmişli Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) balans mənsubiyyətinə aid bütün yarımstansiyalarda, transformator məntəqələrində o cümlədən, komplekt transformator məntəqələrində və elektrikötürücü xətlərdə işlər gücləndirilib. Belə ki, iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılıb, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. O cümlədən, qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.

"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində 330 kilovoltluq "İmişli" yarımstansiyasında 240 MVA-lıq avtotransformatorun quraşdırılması işləri yekunlaşıb. Hazırda avtotransformatorun mühafizə idarəetmə və avtomatika gövrələri proqramlaşdırılır. Bu işlər də başa çatdıqdan sonra avtotransformator normal dövrəyə qoşulacaq. Bundan başqa, dayanıqlığın daha da artırılması məqsədilə burada 2 saylı transformator yenisi ilə əvəzlənib.

Bununla yanaşı Şirvan" və digər yarımstansiyalarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində yerləşən, EŞ-lərin balansında olan 440-dan artıq transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilib.

Qeyd edək ki, mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi və EVX-lərin trassası quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. İstismar müddətinə uyğun olaraq yanğınsöndürmə vasitələri dəyişdirilərək yenisi ilə əvəz edilib.

Sonda onu da qeyd edək ki, payız-qış mövsümündə dayanıqlığın daha da artırılması məqsədilə tədbirlər planına uyğun olaraq "Daşburun" yarımsatnsiyaında hər birinin gücü 10 MVA olan iki ifrat yüklənən transformator müvafiq olaraq hər birinin gücü 16 MVA-lıqla əvəzlənməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...