Neft məhsulları xəttinin çəkilişi üçün yeni dövlət standartı qəbul edildi

Neft məhsulları xəttinin çəkilişi üçün yeni dövlət standartı qəbul edildi

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS ГОСТ Р 52079-2012 "magistral qaz, neft və neft məhsulları xəttləri üçün qaynaqlanmış polad borular və texniki şərtlər" dövlət standartı təsdiq edilib. Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, dövlət standartı magistral qaz və neft məhsulları xətlərinin çəkilişi və təmiri üçün nəzərdə tutulub. Standart magistral qaz, neft və neft məhsulları xətlərinin çəkilişində və təmirində istifadə olunan, 9,8 Mpa-dək işçi təzyiqlə və mübət 50 dərəcədən mənfi 60 dərəcə tempraturadək korroziya olunmayan aktiv məhsulları (təbii qaz, neft və neft məhsulları) nəql edən, diametri 114-1420 mm olan düzşovlu və spiralşovlu qaynaqlanmış polad borulara olan tələbləri müəyyən edir.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə