Millət vəkilləri Bolqarıstana səfər edəcək

Millət vəkilləri Bolqarıstana səfər edəcək
Milli Məclisin deputatları Siyavuş Novruzov, Mahir Aslanov və Rauf Əliyev iyulun 3-dən Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaqlar. SİA-nın xəbərinə görə, deputatlar burada Bolqarıstan-Azərbaycan əlaqələrinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər çərçivəzində millət vəkilləri ölkə parlamentində olacaq, Bolqarıstanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcəklər.


Səfər iyulun 6-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə