Azərbaycanlı millət vəkili İtaliyaya səfər edəcək

Azərbaycanlı millət vəkili İtaliyaya səfər edəcək
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Avropa Şurası və Yerli Demokratiya Qurumları Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Venesiya-Friuli Giulia regionunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfərə gedəcək. Şuradan SİA-ya verilən məlumata görə, A.Quliyev konfransda məruzə ilə çıxış edəcək. A.Quliyevin məruzəsi QHT, hökumət, bələdiyyə orqanlarının birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan Azərbaycan təcrübəsini əhatə edir. "Fəal vətəndaşlıq və qonşu ölkələrdə yerli demokratiyanın gücləndirilməsi: qazanılmış təcrübə və Cənub-Şərqi Avropadan orta regionlara qədər olan imkanlar" mövzusunda keçiriləcək konfrans vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və vətəndaşların ictimai fəaliyyət üzrə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi məsələlərinə həsr olunub. Konfrans iyunun 6-dan 10-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə