Mübariz Əhmədoğlu: \"ABŞ Ermənistanı mühüm anti-İran mərkəzinə çevirib\" - MÜNASİBƏT

İranın nüvə proqramını izləməyə imkan verən bütün qurğular Ermənistan ərazisində qurulub


"İranın çox güvəndiyi yalan effekt vermir. İstanbul görüşündə müəyyən mövqe yumşaqlığı nümayiş etdirən İran Bağdad görüşünədək Qərbin sanksiyalarının yumşalmasına ümid edirdi". SİA-nın məlumatına görə, bunu bugünkü mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, İranın daxilində sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır və ölkə rəhbərliyi nəinki iri layihələr reallaşdıra bilmir, hətta əhalinin normal güzəranını çətinliklə təmin edə bilir: "Bağdad görüşündən sonra nəticə alınmadığını görən Qərb bəyan etdi ki, danışıqların davam etməsi sanksiyaların dayanması üçün əsas yaratmır. Bağdad görüşünün iflasının qarşısını Rusiya və Çinin atdığı addımlar aldı. "Altılıq"la İranın apardığı danışıq nəticəsiz başa çatdıqdan sonra Rusiya və Çin diplomatları dərhal yeni görüş təşəbbüsü irəli sürdülər."

\"İranın 27% zənginləşdirilmiş uran əldə etdiyini "texniki səhv" adlandıran M.Əhmədoğlu vurğulayıb ki, İranın vəziyyəti geosiyasi anlamda da gərginləşir. "Ermənistan bütün antiİran qüvvələrin fəaliyyət mərkəzinə çevrilib. Azərbaycanın adının hallanmasına baxmayaraq, II Dünya müharibəsi illərindəki Kasablanka rolunu bu gün İrəvan oynayır. ABŞ Ermənistanı mühüm anti-İran məkanına çevirib. İranın nüvə proqramının inkişafını izləməyə imkan verən bütün vacib kimyəvi, bioloji, radioloji qurğular Ermənistan ərazisində qurulub. Ermənistandakı Rusiya hərbiçiləri xeyli aktivləşib, başları hərbi təlimlərdən ayılmır. Rusiya Ermənistandakı hərbi bazasına diqqətini xeyli artırıb\", - Əhmədoğlu əlavə edib.

Onun sözlərinə görə, İsrailin Ermənistanla əlaqələri xeyli intensivləşib.

\"Eləcə də Ermənistanın İsraillə əlaqələrini genişləndirməyə maraqlı olması aydın görünür. Bu yaxınlarda Ermənistan və Dağlıq Qarabağdan olan nümayəndə heyəti İsrailə səfər edib. Az sonra Ermənistanın kənd təsərrüfatı mütəxəssisləri İsraildə keçirilən \"Mashav-2012\" aqroforumunda iştirak etdilər. İsrailin kənd təsərrüfatı naziri Ermənistanda səfərdə oldu. Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Ermənistanla intensiv əlaqələrə malikdirlər. Bu dövlətlərin heç birində güclü erməni diasporu yoxdur. Eləcə də Ermənistanın elə də böyük iqtisadi-ticari potensialı yoxdur. Hər üç ərəb dövlətinin digər ərəb dövlətləri kimi, İrana münasibəti pisdir\", - politoloq deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə