Astana İqtisadi Forumu çərçivəsində maliyyə nazirlərinin müşavirəsi olacaq

Astana İqtisadi Forumu çərçivəsində maliyyə nazirlərinin müşavirəsi olacaq

Mayın 22-dən 24-dək paytaxtda keçiriləcək beşinci Astana İqtisadi Forumu çərçivəsində MDB maliyyə nazirlərinin altıncı müşavirəsi keçiriləcək. SİA-nın xəbərinə görə, müşavirədə dünyada gedən maliyyə-iqtisadi böhranı və ondan çıxış yolları, bununla əlaqədar müntəzəm olaraq informasiya mübadiləsinin aparılması, dünya iqtisadiyyatının aktual problemləri və digər məsələlər müzakirə ediləcək.


Müşavirə iştirakçıları dünya iqtisadiyyatının sağlamlaşdırılması və inkişafının aktual məsələləri ilə bağlı diskussiyalarda da iştirak edəcəklər. Qazaxıstan paytaxtında beşinci dəfə keçiriləcək Astana İqtisadi Forumunda dünyanın 85 ölkəsindən 7 minədək nümayəndənin iştirakı nəzərdə tutulub.


Tədbirlərdə Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə