Ölkə çaylarının mövcud vəziyyəti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-125, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-120, Naxçıvan MR çaylarında isə normanın 30-70 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 515 kubmetr/saniyə olmaqla, ongünlük normanın 69, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 291 kubmetr/saniyə olmaqla, ongünlük normanın 143 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 435, Şirvanda 332, Salyanda 303, Bankədə 251, Araz çayının Novruzlu məntəqəsində isə 175 santimetrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə