Ermənilər seçki saxtakarlığına etiraz edir

Ermənilər seçki saxtakarlığına etiraz edir

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan jurnalistlərə bildirib ki, 53 812 seçki bülleteni etibarsız sayılıb. Erməni mediasına istinadən xəbər verilir ki, Mukuçyan seçkilərdə secilərin yarıdan çoxunun iştirak etdiyini deyib.


Seçkilərdəki saxtakarlıqlarla bağlı siyası qurumlar da etirazlarını bildirir.


"Novıye vremena" partiyası isə seçkilərin nəticələrini, ümumiyyətlə, tanımır. NV sədri Aram Karapetyan bildirib ki, əvvəlki seçkilərdə bülletenlər topa şəklində qutulara atılırdısa, indi pulla alınıb: "Heç bir fərq yoxdur. Parlament seçkiləri saxtalaşdırılıb".


Karapetyanın sözlərinə görə, bu cür şəraitdə Ermənistanda emiqrantların sayı və yoxsulluq daha da artacaq, sosial-iqtisadi vəziyyət bir qədər də pisləşəcək.


Sabah isə sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi Yerevandakı "Azadlıq" meydanında mitinq keçirməyi planlaşdırır. Ümumiyyətlə, EMK mayın 9, 11, 13. və 14-də aksiya keçirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə