“Azərbaycan” Cəmiyyətinin sədri Dubay Əmirliyinin rəsmi dövlət tədbirində iştirak edib
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin rəsmi dəvətilə Şeyx Məhəmməd Bin Raşed Əl-Məktum adına biznes mükafatın təqdimat mərasimində iştirak edib. Cəmiyyətdən SİA-ya verilən xəbərə görə, tədbirdə Dubay əmirinin vəliəhdi Şeyx Həmdan Bin Məhəmməd Əl-Məktum və digər oğlu Əmirin müavini Şeyx Məktum Bin Raşed Əl-Məktum, BƏƏ iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri və Dubayın Ticarət və Sanəye palatasının baş müdiri Əbdül-Rəhman Seyf Əl-Qureir, diplomatik korpusun nümayəndələri, BƏƏ-nin rəsmiləri, biznesin bütün sahələrini əhatə edən iri şirkətlərin sahibləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan BƏƏ-nin İqtisadiyyat naziri Al-Mansuri ölkədə gedən sürətli inkişafdan, yerli və xarici şirkətlərin əldə etdiyi uğurlardan danışmışdır. Sonra Dubayın Ticarət və Sənaye Palatasının baş müdiri çıxış edərək BƏƏ-də, xüsusilə də Dubayda əmir ŞeyxMohammmad Bin Raşid Al-Maktumun rəhbərliyi ilə ölkədə biznesin inkişafı, iş adamları üçün dünyada analoqu olmayan şəraitin yaradıldığını qeyd edib. Natiqlərin çıxışlarından sonra biznes sahəsində mükafatlar təqdim edilib. Tədbir çərçivəsində "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə görüşərək tədbirə dəvət edildiyinə və ölkədə Azərbaycanlı iş adamları üçün də yaradılmış gözəl şəraitə görə təşəkkürünü bildirmişdir. Ticarət Sənaye Palatasının rəhbərliyi Azərbaycandan Dubaya yeni iş adamlarının gəlməsində və ölkədə iş adamlarının sayının daha da artmasında maraqlı olduqlarını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB