Ermənistan nümayəndə heyəti Bakıda keçiriləcək konfransda iştirak edəcəkmi?

Ermənistan nümayəndə heyəti Bakıda keçiriləcək konfransda iştirak edəcəkmi?

Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransında Ermənistan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub. SİA-nın xəbərinə görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan da FAO-nun üzvü olduğundan tədbirə rəsmən dəvət olunub. Nazir müavininin sözlərinə görə, onlar tədbirdə iştirak etmək üçün Bakıya gələcəklərini rəsmən təsdiqləyiblər və yəqin ki, konfransda onların iştirakı təmin ediləcək.

Bakıda Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunması məsələsinə gəlincə İ.Quliyev qeyd edib ki, Azərbaycanın müvafiq qurumları məsələyə nəzarət edir və onlar Ermənistan nümayəndə heyətinin hər cür təhlükəsizliyini təmin edəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə