Azərbaycan iş adamları üçün Çeçenistanın investisiya imkanlarının təqdimatı təşkil olunacaq
Çeçenistan Respublikasının baş nazirinin müavini - Maliyyə naziri Əli İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər aprelin 3-də başlayacaq. Nümayəndə heyətinə Çeçenistanın bir sıra nazirlik, komitə və iri müəssisələrinin rəhbərləri daxildir.
Səfər çərçivəsində Azərbaycan iş adamları üçün Çeçenistan Respublikasının investisiya imkanlarının təqdimatı təşkil olunacaq, Çeçenistan nümayəndə heyəti ilə bir sıra görüşlər keçiriləcək.
Nümayəndə heyəti Azərbaycanın bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB