Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalı...
Mart ayında sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalının keçirilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, festival sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə olan dövlət qayğısının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi məqsədilə təşkl olunur. Festival müsabiqə yaradıcılığın bir sıra istiqaməti üzrə keçiriləcək. Buraya rəsm və dekorativ tətbiqi sənət, musiqi, rəqs və tamaşa daxildir.
Festival martın 6-sı Azərbaycan dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Festivalda Azərbaycan estradasının tanınmış nümayəndələridə gəncləri təbrik edəcəklər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB