Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən sabit olacaq
Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən sabit olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib. O bildirib ki, martın 6-7-də hava əsasən yağmursuz keçəcək: "Martın 6-da mülayim cənub-qərb küləyi günorta saatlarında arabir güclənəcək. Gecə saatlarında 0-2 dərəcə isti, gündüz isə 8-12 dərəcə isti müşahidə olunacaq. Martın 7-də hava şəraiti əsasən yağmursuz keçəcək, güclü cənub-qərb küləyi arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 0-3 dərəcə isti, gündüz saatlarında isə 5-8 dərəcə isti olacaq".
Onun sözlərinə görə, bölgələrdə də martın 6-7-də hava əsasən yağmursuz olacaq. G.Məmmədova qeyd edib ki, mülayim qərb küləyi gündüz arabir güclənəcək: "Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 11-16 dərəcə isti, dağlıq ərazilərdə isə günorta saatlarında 5-10 dərəcə isti olacaq. Bir sözlə, yaxın 2 gün ərzində hava əsasən yağmursuz olacaq. Cənub küləyi ilə əlaqədar olaraq martın 6-da hava temperaturu bir qədər yüksələrək 8-12 dərəcə isti, martın 7-də isə şimal küləyi ilə əlaqədar temperatur bir qədər aşağı enərək gündüz saatlarında 8 dərəcəyədək isti müşahidə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB