Şahlar Xəlilov: “Laçın rayonunda saxta diplomlu 3 müəllim işdən azad olunub” - ÖZƏL

Şahlar Xəlilov: “Laçın rayonunda saxta diplomlu 3 müəllim işdən azad olunub” - ÖZƏL

Ötən il Laçın rayonunda saxta diplomlu 3 müəllim aşkarlanıb. Bu barədə SİA-ya açıqlamasında Laçın rayon Təhsil Şöbəsinin müdiri Şahlar Xəlilov deyib. O bidlirib ki, onların hər birinin işi Respublika Prokurorluğuna göndərilib. Onun sözlərinə görə, verilən tapşırığa əsasən, həmin müəllimlərin hər biri işdən azad olunub. Ş.Xəlilov qeyd edib ki, bir çox rayonlarda işdən azad olunan müəllimlər sonradan işlərinə qaytarılsa da Laçın rayonunda belə bir hal yaşanmayıb.

"Rayon üzrə bütün müəllimlərin sənədləri Təhsil Nazirliyi tərəfindən araşdırılıb. Saxta diplomlu müəllimlərin hər biri işdən azad olunub. Bu il isə belə diplomlar yoxdur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə