YAP Laçın rayon təşkilatının VII konfransı keçirildi

YAP Laçın rayon təşkilatının VII konfransı keçirildi

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının VII konfransı keçirilib. SİA-nın xəbərinə görə, YAP Laçın rayon təşkilatının sədri Sevindik Hətəmov konfrans nümayəndələrinin tərkibi haqqında məlumat verib. S.Hətəmov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın ötən konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə ətraflı danışıb. Natiq rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək qarşıda duran vəzifələrə toxunub.

Yaradıcısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq, böyük siyasi qüvvəyə çevrilib. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, ümummilli lider Heydər Əliyev olub. Bu gün partiyanın nüfuzu daha da yüksəlir, ona görə ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.

Sevindik Hətəmov məruzəsində bildirib ki, YAP Laçın rayon təşkilatı özündə 30 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə paritiya üzvlərinin sayı 1747 nəfərdən 2390 nəfərə çatıb, 2 ərazi ilk partiya təşkilatı yaradılıb.

Sonra Nəzarət təftiş qrupunun hesabat məruzəsi dinlənilib. Hər iki hesabatlar ətrafında çıxıslara başlanıb. Konfransda təşkilatı məsələyə baxılaraq 37 nəfərdən ibarət yeni şura, 15 nəfərdən ibarət Idarə Heyəti, 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib. Sevindik Hətəmov yenidən YAP Laçın rayon təşkilatının sədri seçilib.

Konfransda YAP Siyasi Surasinin üzvü, millət vəkili Mirkazım Kazımov, YAP Siyasi Surasinin üzvü Firdovisi Əliyev, Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxış edib. Yekunda konfrans istirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə