İnsan hüquq və azadlıqlarının müdafiəsini  artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təqdimatı keçirilib

İnsan hüquq və azadlıqlarının müdafiəsini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təqdimatı keçirilib
Bu gün Bakıda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının mətbuat üçün təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hökumət nümayəndələri, deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyəti barədə danışıb. O, proqramın icra olunmasında KİV-lə vətəndaş cəmiyyətinin əməkdaşlığının zəruriliyini vurğulayıb.Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Milli Fəaliyət Poqramının strukturu, mahiyyəti ilə bağlı məlumat verib. O deyib ki, Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsini təşkil edir. Ç. Əsgərovun sözlərinə görə, sənədin hazırlanaraq təsdiqlənməsi həm də onu göstərir ki, insan haqları, bu sahədə səmərəliliyin artırılması dövlətin və dövlət başçısının diqqətində olan prioritet məsələlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə