“İlham Əliyev: tərcümeyi-hal davam edir” kitabının tərcüməsinin Ukraynada təqdimat mərasimi keçirilib

"Bu gün Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada nüfuz sahibinə çevrilməsi dahi Heydər Əliyev siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir". Bu fikir Ukrayna Perzidenti yanında Dövlət İdarəçilik Akademiyasında yazıçı publisist, millət vəkili Hüseynbala Mirələmov yazdığı və Viktor Andriyanovun Ukrayna dilinə tərcümə otdiyi "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimat mərasimində vurğulanıb. Bu barədə SİA-nın Şərqi Avropa ölkələri və Ukrayna bürosu məlumat verib. Ukraynanın tanınmış elm və mədəniyyət xadimlərinin, deputatların və diplomatların qatıldığı təqdimat mərasimini Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasının prezidenti, professor Yuri Kovbasyuk açaraq beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı elm və təhsil əlaqələrinin durmadan inkişaf etdirilməsini dahi Heydər Əliyev uzaqgörənliyinin əyani göstəricisi kimi dəyərləndirdi. Bu gün yazıçı-dramaturq Hüseynbala Mirələmovun prezident İlham Əliyevlə bağlı yazdığı kitabın Ukraynanın elmi ictimaiyyətinə təqdim olunmasının tarixi əhəmiyyətindən bəhs edən natiq tarixi faktlarla zəngin olan əsərdə prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki Azərbaycanda, o cümlədən bölgədə həyata keçirilən qlobal beynəlxalq layihələrin böyük ustalıqla qələmə alındığını qeyd etdi. Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri professor Eynulla Mədətli Azərbaycandan gəlmiş nümayəndə heyətini qonaqlara təqdim etdikdən sonra dövlət başçısı İlham Əliyev haqqında yazılmış kitabın Ukrayna dilinə tərcümə olunmasının mahiyyətindən və ümumiyyətlə Azərbaycan-Ukrayna dostluğundan danışdı. Sonra tədbirdə millət vəkilləri Eldar İbrahimov, Elmira Axundova və Rüfət Quliyev çıxış edərək, Azərbaycan dövlət başçısının uzaqgörən siyasi gedişatları nəticəsində ölkəmizin dünyanın inkişaf etmiş dövlətəri arasında öz layiqli yerini tutduğunu və bununla bağlı kitabda obyektiv mənzərənin öz dolğun əksini tapdığını vurğuladılar. Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada nüfuz sahibinə çevrilməsinin dost və qardaş Ukrayna xalqını sevindirdiyini bildirən Ukrayna Ali radasının deputatları Eduard Zeynalov, Oksana Belazur və digər çıxış edənlər bu baxımdan Prezident İlham Əliyevin əldə etdiyi nailiyyətləri xalqın dövlət başçısına, dövlət başçısının isə xalqına olan böyük sevgisinin məntiqi nəticəsi kimi dəyərləndirdilər. Kitaba böyük maraq göstərilməsindən məmnun qaldığını deyən yazıçı dramaturq, millət vəkili Hüseynbala Mirələmov belə bir əsərin Ukrayna dilinə tərcümə olunmasına görə azərbaycanın Ukraynadakı səfirliyinə minnətdarlığını bildirdi.


Əlmaniz Ələkbərli


Bütün xəbərlər Facebook səhifəmizdə