Azərbaycanda məhkəmə-hüquqi islahatlar sahəsi ilə bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycanda məhkəmə-hüquqi islahatlar sahəsi ilə bağlı beynəlxalq konfrans keçirilir

Bu gün hakimlərin fərdi və ilkin davranışlar məsələlərinə həsr olunan: "Səriştəlilik, Müstəqillik, Qərəzsizlik, Şəffaflıq, Səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları" mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə başlayıb.

SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Hüquq Şurasının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Hüquq İslahatlar Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan ali məhkəmənin sədri Ramiz Rzayev konfransın bütün ictimayət üçün əhəmiyyətindən danışıb. Hakimlərin öz fəaliyyətlərində "Banqalor Prinsipləri"ndən yararlana bilmələrini deyib. Onun sözlərinə görə, konfransın məqsədi Azərbaycanda hüquqi islahatların əhəmiyyətinin müzakirəsi, BMT tərəfindən qəbul edilən hakimlərin davranışı üzrə "Banqalor Prisiplərinin" hüquqi ictimaiyyətə tanıdılması, ölkəmizdə hakimlərin davranış qaydalarını tənzimləyən ticari kodeksin adı çəkilən prinsiplərin prizmasında təkminlləşdirilməsinin müəyyən edilməsi və bu sahədə də milli və beynəlxalq təcrübənin bölüşdürülməsindən ibarətdir.

Tədbir iştirakçıları arasında Birləşmiş Krallıqdan olan BMT-nin ədalətli məhkəmə hakimiyyəti üzrə hakimiyyət qrupunun koordinatoru, professor Cayaviq Zaman öz çıxışında konfrans iştirakçılarına "Banqalor Prinsipinin" hazırlanması tarixi, bu sənədin hansı zərurətdən ortaya çıxması barədə məlumat verib.

Natiq Azərbaycan dövlətinin hüquqi ictimaiyyətə belə həssasiyyətlə yanaşmasını təqdirəlayiq hesab edir. Tədbirdə həmçinin Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım, Gürcüstan Ali Məhkəməsinin sədr müavini Bakir Karavaşvili, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle və bir sıra dövlət və qeyri-dövlət, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Konfransda eyni zamanda Ədliyyə Nazirliyinin təşkilat üzrə baş idarəsinin rəisi, məhkəmə hüquq şurasının üzvü Adəm Cəfərov, Konstitutsiya məhkəməsinin hakimi Ceyhun Qaracayev, Azərbaycan hüquqşünaslar mərkəzinin sədri Anar Abdulov iştirak edirlər.


İlkin Nəcəfli


Bütün xəbərlər Facebook səhifəmizdə